2026-cı ilin əvvəlindən rəsmiləşdirilən nəqliyyat vasitələrinin sayı açıqlandı: ən çox hansı mühərrikli avtomobillər olub?
2026-cı il yanvarın 1-dən bu günədək Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsi tərəfindən 24 783 ədəd minik avtomobili rəsmiləşdirilib.
1news.az xəbər verir ki, Aksizli mallar üzrə Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsinin əməkdaşı Orxan Sultanov deyib.
O, bildirib ki, bu nəqliyyat vasitələrinin 6 815-i hibrid mühərrikli, 482-si tam elektrikli, 2 526-sı dizel, 14 960-ı isə benzin mühərrikli olub.
Bundan əlavə, ölkə ərazisinə 2 641 ədəd yük avtomobili, 723 ədəd yəhərli dartıcı, 590 ədəd avtobus və 1 960 ədəd digər nəqliyyat vasitəsi idxal edilib.
93












