Bakıda motosiklet və mopedlərin iştirakı ilə baş verən qəzalarda 5 nəfər ölüb - Statistika | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda motosiklet və mopedlərin iştirakı ilə baş verən qəzalarda 5 nəfər ölüb - Statistika

Qafar Ağayev14:40 - Bu gün
Bakıda motosiklet və mopedlərin iştirakı ilə baş verən qəzalarda 5 nəfər ölüb - Statistika

Bakı şəhərində motosiklet və mopedlərin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin 5 aylıq statistikası açıqlanıb.

Bakı Şəhər DYP İdarəsi-dən 1news.az-a verilən məlumata görə, cari ilin 5 ayı ərzində bu kateqoriyadan olan nəqliyyat vasitələrinin iştirakı ilə 6 yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 5 nəfər həyatını itirib, 1 nəfər isə xəsarət alıb.

Statistik göstəricilərdə azalma müşahidə olunsa da, hadisələrin qarşısının alınması məqsədilə davamlı nəzarət və profilaktik tədbirlər həyata keçirilir.

Xüsusilə iyun ayının əvvəlindən bu günə qədər sürücülük hüququ və dövlət qeydiyyat nişanı olmayan, həmçinin texniki normativlər pozulmaqla avadanlıq quraşdırılmış və ya dəyişdirilmiş 79 motosiklet və moped aşkar edilərək mühafizə olunan duracaqlara yerləşdirilib, sürücülər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Paylaş:
118

Son xəbərlər

Bütün xəbərlər