Arabir yağış yağacağı gözlənilir - XƏBƏRDARLIQ | 1news.az | Xəbərlər
Cəmiyyət

Arabir yağış yağacağı gözlənilir - XƏBƏRDARLIQ

First News Media16:44 - Bu gün
Arabir yağış yağacağı gözlənilir - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında iyunun 24-ü axşamdan 25-i səhərədək arabir yağış yağacağı gözlənilir.

1news.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var.

Azərbaycanın rayonlarında müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraitinin iyunun 29-dək davam edəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal olunur.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi istisna olunmur.

Paylaş:
79

Son xəbərlər

Bütün xəbərlər