Fariz İsmayılzadə: Azərbaycanın beynəlxalq təşkilatlarda fəal iştirakı “orta güc” statusunu təsdiqləyir  | 1news.az | Xəbərlər
Cəmiyyət

Fariz İsmayılzadə: Azərbaycanın beynəlxalq təşkilatlarda fəal iştirakı “orta güc” statusunu təsdiqləyir 

Qafar Ağayev11:53 - Bu gün
Fariz İsmayılzadə: Azərbaycanın beynəlxalq təşkilatlarda fəal iştirakı “orta güc” statusunu təsdiqləyir 

“Azərbaycanın beynəlxalq təşkilatlarda fəal iştirakı və diplomatik təşəbbüsləri onun “orta güc” statusunu təsdiqləyən əsas amillərdən biri hesab olunur”.

1news.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fariz İsmayılzadə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə keçirilən "Azərbaycan orta güc kimi: xarici siyasət, regional təsir və qlobal iştirak" adlı konfransda çıxışı zamanı deyib.

Deputat bildirib ki, Azərbaycan beynəlxalq təşkilatlarda mühüm rol oynayır:
 “2011-ci ildə ölkəmiz BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilib və bu dövrdə beynəlxalq sülh və təhlükəsizlik məsələlərinə töhfə verib”.

Onun sözlərinə görə, Azərbaycan Qoşulmama Hərəkatına uğurla sədrlik edib: “Sədrliyimiz o qədər uğurlu oldu ki, üzv dövlətlər onun müddətinin bir il uzadılmasını xahiş etdilər. Bu dövrdə Gənclər Hərəkatı və Parlament Şəbəkəsi kimi yeni təşəbbüslər irəli sürüldü”.

F.İsmayılzadə COP29 sammitinin Bakıda keçirilməsini də qeyd edib: “Bu tədbir qlobal iqlim siyasətinə ciddi töhfə verdi və Azərbaycanın diplomatik uğuru oldu”.

Deputat əlavə edib ki, Azərbaycan regional təşkilatların yaradılmasında da fəal iştirak edib: “GUAM və Türk Dövlətləri Təşkilatı kimi platformaların formalaşmasında ölkəmizin mühüm rolu var”.

O vurğulayıb ki, Azərbaycan digər beynəlxalq platformalarda da aktiv mövqe tutur:
 “İslam Əməkdaşlıq Təşkilatında iştirakımız və Türkiyə-Azərbaycan-Pakistan üçtərəfli formatı regional təhlükəsizlik baxımından mühüm əhəmiyyət daşıyır”.

Paylaş:
88

Son xəbərlər

Bütün xəbərlər