Mateus Kamilio: “Nazim Sadıxovla döyüşün vaxtından əvvəl başa çatacağını düşünürəm” | 1news.az | Xəbərlər
İdman

Mateus Kamilio: “Nazim Sadıxovla döyüşün vaxtından əvvəl başa çatacağını düşünürəm”

Faiqə Məmmədova14:27 - Bu gün
Mateus Kamilio: “Nazim Sadıxovla döyüşün vaxtından əvvəl başa çatacağını düşünürəm”

Nazim Sadıxovla qarşılaşmanın baxımlı keçəcəyi gözlənilir.

1news.az xəbər verir ki, bu barədə “UFC Fight Night Baku” turniri öncəsi keçirilən mətbuat konfransında orta çəkidə çıxış edən braziliyalı MMA döyüşçüsü Mateus Kamilio bildirib.

Onun sözlərinə görə, qarşılaşma azarkeşlər üçün maraqlı və dinamik olacaq:

“Düşünürəm ki, Nazim Sadıxovla bu döyüş çox baxımlı alınacaq. Əminəm ki, görüş vaxtından əvvəl – nokautla başa çatacaq”.

Kamilio həmçinin qeyd edib ki, əvvəlki məğlubiyyətindən ciddi nəticə çıxarıb və hazırlıq prosesində səhvlər üzərində ətraflı işləyib:

“Son məğlubiyyətdən sonra demişdim ki, fərqli döyüşçü kimi geri qayıdacağam və bunu 27 iyunda görəcəksiniz. Bu döyüş üçün yeni “silah” hazırlamışam, lakin bunu əvvəlcədən açıqlamaq istəmirəm. Hamı bunu döyüş zamanı görəcək. Bu qarşılaşmanı və qələbəmi Braziliyaya, bütün azarkeşlərimə və özümə həsr edirəm”.

Qeyd edək ki, “UFC Fight Night Baku” turniri iyunun 27-də Bakıdakı Milli Gimnastika Arenasında keçiriləcək.

Paylaş:
80

Son xəbərlər

Bütün xəbərlər