Ləğv prosesində olan bankların əmanətçilərinə ödənilən kompensasiya məbləği açıqlanıb
“2026-cı ilin ilk 6 ayı ərzində ləğv prosesində olan banklar üzrə kompensasiya ödənişləri davam etdirilib”.
1news.az xəbər verir ki, bu barədə Əmanətlərin Sığortalanması Fondunun . İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Sevinc Səlimova deyib.
O, bildirib ki, hazırda ləğv prosesində olan bankların sayı 19-dur.
“2026-cı ilin 6 ayının yekunlarına əsasən, ləğv prosesində olan bankların əmanətçilərinə ümumilikdə 1 729 887 654,29 manat məbləğində kompensasiya ödənilib. Kompensasiya ödənilən əmanətçilərin sayı isə 63 888 nəfər təşkil edib”.
79












