Ermənistan və İran enerji məsələləri üzrə işçi qrupu yaradacaq | 1news.az | Xəbərlər
Dünya

Ermənistan və İran enerji məsələləri üzrə işçi qrupu yaradacaq

1news Redaksiyası15:40 - 25 / 07 / 2026
Ermənistan və İran enerji məsələləri üzrə işçi qrupu yaradacaq

İran və Ermənistan energetika sahəsində ixtisaslaşmış işçi qrupu yaratmağı planlaşdırır.

1news.az "Report"a istinadən xəbər verir ki, bu barədə "Mehr" məlumat yayıb.

Məlumata görə, bu işçi qrupunun fəaliyyət istiqamətlərindən biri qaz ticarəti məsələsinin həlli olacaq.

Bu razılaşma İranın neft naziri Möhsün Paknejad və Ermənistanın ərazi idarəetmə və infrastrukturlar naziri David Xudatyanın Tehranda keçirilən görüşünün yekunları üzrə əldə olunub.

Paylaş:
434

Son xəbərlər

Bütün xəbərlər