Ötən gün borclu şəxs qismində axtarışda olan 74 nəfər saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən gün borclu şəxs qismində axtarışda olan 74 nəfər saxlanılıb

1news Redaksiyası16:42 - 25 / 07 / 2026
Ötən gün borclu şəxs qismində axtarışda olan 74 nəfər saxlanılıb

Ötən gün axtarışda olduğuna görə ümumilikdə 106 nəfər saxlanılıb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, cümlədən borclu şəxs qismində axtarışda olan 74 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Bundan başqa, ötən gün polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 7 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Paylaş:
377

Son xəbərlər

Lənkəranda zəlzələ olub

29 / 09 / 2026, 16:07
Bütün xəbərlər