Azərbaycanın boks milliləri Türkiyəyə yollanıblar | 1news.az | Xəbərlər
İdman

Azərbaycanın boks milliləri Türkiyəyə yollanıblar

First News Media13:23 - Bu gün
Azərbaycanın boks milliləri Türkiyəyə yollanıblar

Qız boksçulardan ibarət Azərbaycan milli komandaları Türkiyəyə yollanıblar.

Azərbaycan Boks Federasiyasından 1news.az-a verilən məlumata görə, yığmalarımız iyulun 25-dən avqustun 4-dək Kastamonuda təlim-məşq toplanışında olacaqlar.

Məşqçilər korpusu hazırlığa 2 yaş kateqoriyası üzrə 10 boksçunu cəlb ediblər.

Türkiyə millisi ilə birgə təşkil olunacaq toplanış U-17 və U-19 üzrə Avropa çempionatlarına hazırlıq xarakteri daşıyır.

Hazırlıq çərçivəsində sınaq döyüşləri də keçiriləcək.

Paylaş:
45

Son xəbərlər

Bütün xəbərlər