Hikmət Hacıyev dünya şöhrətli iqtisadçı ilə müzakirələr aparıb | 1news.az | Xəbərlər
Siyasət

Hikmət Hacıyev dünya şöhrətli iqtisadçı ilə müzakirələr aparıb

First News Media12:42 - Bu gün
Hikmət Hacıyev dünya şöhrətli iqtisadçı ilə müzakirələr aparıb

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev iqtisadiyyat üzrə dünya şöhrətli professor Ceffri Saks ilə görüşüb.

1news.az xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində yazıb.

O qeyd edib ki, Bakıda səfərdə olan professorla davamlı inkişaf, geosiyasət və geoiqtisadiyyat barədə müzakirələr aparıb:

"Həmçinin Xəzər regionu konsepsiyası, Azərbaycanın orta güc kimi artan rolu, sülh gündəliyimiz və regionun taleyinin region ölkələri tərəfindən müəyyənləşdirilməsinin əhəmiyyəti barədə fikir mübadiləsi apardıq. Onun Şərq–Qərb marşrutu boyunca elektrik avtomobilləri ilə həyata keçirilən "Marco Polo – Drive of Peace" təşəbbüsü dialoqun, əməkdaşlığın və qarşılıqlı əlaqələrin təşviqi baxımından ilhamverici nümunədir".

 

Paylaş:
66

Son xəbərlər

Bütün xəbərlər