Tacikistana və Qazaxıstana yeni səfir təyin olundu - SƏRƏCAM | 1news.az | Xəbərlər
Cəmiyyət

Tacikistana və Qazaxıstana yeni səfir təyin olundu - SƏRƏCAM

14:42 - Bu gün
Tacikistana və Qazaxıstana yeni səfir təyin olundu - SƏRƏCAM

Azərbaycan Prezidenti İlham Əliyev ölkənin diplomatik nümayəndəliklərində bir sıra kadr dəyişiklikləri ilə bağlı sərəncamlar imzalayıb.

1news.az xəbər verir ki, dövlət başçısının imzaladığı sərəncamlar əsasən, Əlimirzamin Qəvvam oğlu Əskərov Azərbaycan Respublikasının Tacikistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Eyni zamanda Ağalar Rahim oğlu Atamoğlanov Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

İmzalanan növbəti sərəncamla Əlimirzamin Əskərov Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında fövqəladə və səlahiyyətli səfir təyin olunub.

Bundan başqa, Elxan Cahangir oğlu Qəhrəman Azərbaycan Respublikasının Tacikistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib.

 

Paylaş:
65

Son xəbərlər

Bütün xəbərlər