Ağdam, Füzuli və Cəbrayılda açıq ərazidə yanğınlar başlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağdam, Füzuli və Cəbrayılda açıq ərazidə yanğınlar başlayıb

1news Redaksiyası17:02 - 28 / 07 / 2026
Ağdam, Füzuli və Cəbrayılda açıq ərazidə yanğınlar başlayıb

Ağdamın Mərzili, Füzulinin Qazaxlar, Cəbrayıl rayonunun Çaxırlı və Mehdili kəndləri istiqamətlərində açıq ərazidə yanğınlar başlayıb.

Bu barədə 1news.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.

Qeyd olunub ki, ərazilərin minalanmış və havanın küləkli olması yanğınla mübarizə tədbirlərini mürəkkəbləşdirir.

Hazırda yanğınların söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Paylaş:
287

Son xəbərlər

Lənkəranda zəlzələ olub

29 / 09 / 2026, 16:07
Bütün xəbərlər