UEFA Çempionlar Liqası: "Sabah"ın rəqibi Bakıya azarkeşsiz gələcək | 1news.az | Xəbərlər
İdman

UEFA Çempionlar Liqası: "Sabah"ın rəqibi Bakıya azarkeşsiz gələcək

First News Media14:23 - 03 / 07 / 2026
UEFA Çempionlar Liqası: "Sabah"ın rəqibi Bakıya azarkeşsiz gələcək

"Sabah"ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi Uelsin TNS klubu Bakıya azarkeşsiz gələcək.

1news.az xəbər verir ki, bunu "Report"a açıqlamasında paytaxt təmsilçisinin mətbuat xidmətinin rəhbəri Elnur Həmidov deyib.

"TNS Bakıya iyulun 5-də, axşam saatlarında gələcək. Uelsdən azarkeşlərin gəlməsi gözlənilmir", - klub rəsmisi vurğulayıb.

Xatırladaq ki, qarşılaşma iyulun 7-də "Bank Respublika Arena"da, saat 20:00-da start götürəcək. Cavab matçı iyulun 14-də Uelsdə baş tutacaq.

Paylaş:
1262

Son xəbərlər

Gürcüstanda zəlzələ olub

25 / 07 / 2026, 18:03

Qızıl bahalaşdı

25 / 07 / 2026, 16:21
Bütün xəbərlər