Mərdəkanda yeniyetmə dənizdə batıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Mərdəkanda yeniyetmə dənizdə batıb

First News Media12:20 - Bu gün
Mərdəkanda yeniyetmə dənizdə batıb

Dünən axşam saatlarında Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə 1 nəfərin batıb.

1news.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, dərhal əraziyə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunaraq axtarışlara başlanılıb.

Hazırda vətəndaş - 2010-cu il təvəllüdlü Hümbətov Vüsal Arif oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar davam etdirilir.

Əlavə məlumat veriləcək.

Paylaş:
70

Son xəbərlər

Bütün xəbərlər