Sudanda qızıl mədənində uçqun: 15 nəfər ölüb | 1news.az | Xəbərlər
Dünya

Sudanda qızıl mədənində uçqun: 15 nəfər ölüb

Oksana Orucova12:19 - Bu gün
Sudanda qızıl mədənində uçqun: 15 nəfər ölüb

Sudanın şimalında yerləşən qızıl mədənlərindən birində baş verən uçqun nəticəsində 15 nəfər həyatını itirib, 1 nəfər isə yaralanıb.

1news.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Vadi Halfa bölgəsinin Samna ərazisindəki mədəndə qeydə alınıb. Məlumata görə, uçqundan sonra əraziyə xilasetmə və araşdırma qrupları göndərilib.

Yerli qurumlar və xilasedicilər axtarış-xilasetmə işləri aparır. İlkin məlumata əsasən, mədən texniki qiymətləndirmələr nəticəsində təhlükəli hesab edilərək bağlanıb. Lakin bəzi işçilərin xəbərdarlıqlara baxmayaraq mədənə daxil olması nəticəsində uçqunun baş verdiyi bildirilir.

Paylaş:
72

Son xəbərlər

Bütün xəbərlər