Müdafiə naziri Baş direktoru və bir qrup hərbi qulluqçunu təltif edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Müdafiə naziri Baş direktoru və bir qrup hərbi qulluqçunu təltif edib

Qafar Ağayev13:46 - Bu gün
Müdafiə naziri Baş direktoru və bir qrup hərbi qulluqçunu təltif edib

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Baş direktoru və bir qrup hərbi qulluqçunu müxtəlif medallarla təltif edib. 

1news.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, General-polkovnik Z.Həsənovun müvafiq əmrinə əsasən müdafiə nazirinin müavini - Baş direktor Aqil Qurbanov "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə", general-mayor Elmir İbrahimov "Hərbi xidmətdə fərqlənməyə görə" 1-ci dərəcəli medalı, general-mayor Elnur Kazımov və polkovnik Teymur Məmmədov isə “Şücaətə görə” medalı ilə təltif olunublar.

Paylaş:
63

Son xəbərlər

Bütün xəbərlər