Ukraynadan Rusiyanın Belqorod vilayətinə raket zərbəsi: 6 nəfər ölüb
Ukraynanın Rusiyanın Belqorod vilayətinə endirdiyi raket zərbəsi nəticəsində ilkin məlumata görə, 6 nəfər həyatını itirib.
1news.az xarici mediaya istinadən xəbər verir ki, Belqorod vilayətinin qubernator səlahiyyətlərini icra edən Aleksandr Şuvayev bildirib ki, Ukrayna ordusu vilayətin Koloskovo kəndinə raketlərlə hücum edib.
Onun sözlərinə görə, zərbə nəticəsində bir bina yanıb. Hücum zamanı 6 nəfər ölüb, biri uşaq olmaqla 4 nəfər yaralanıb.
48










