İndoneziyada zəlzələ: ölənlərin sayı 53-ə çatdı | 1news.az | Xəbərlər
Dünya

İndoneziyada zəlzələ: ölənlərin sayı 53-ə çatdı

Oksana Orucova11:48 - Bu gün
İndoneziyada zəlzələ: ölənlərin sayı 53-ə çatdı

İndoneziyanın Flores bölgəsində avqustun 15-də baş verən 7,7 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 53-ə, yaralananların sayı isə 135-ə yüksəlib.

1news.az xarici mediaya istinadən xəbər verir ki, zəlzələdən sonra ən güclüsü 6,2 bal olan ən azı 235 afterşok qeydə alınıb. Təbii fəlakət nəticəsində 900-dən çox ev dağılıb, 450 evə ziyan dəyib, təxminən 5 min nəfər müvəqqəti sığınacaqlara yerləşdirilib.

Axtarış-xilasetmə işlərinin sürətləndirilməsi məqsədilə Şərqi Nusa Tenqara əyalətində 14 günlük fövqəladə vəziyyət elan edilib.

Sürüşmələr səbəbindən bölgədə bəzi yolların, ümumilikdə təxminən 700 kilometrlik yol şəbəkəsinin ayrı-ayrı hissələri bağlanıb.

Paylaş:
78

Son xəbərlər

Bütün xəbərlər