Bakı-Qəbələ-Bakı qatarlarının qrafiki dəyişir | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı-Qəbələ-Bakı qatarlarının qrafiki dəyişir

1news Redaksiyası11:15 - 17 / 08 / 2026
Bakı-Qəbələ-Bakı qatarlarının qrafiki dəyişir

Ənənəvi mövsümlərarası keçidlə əlaqədar 19 sentyabrdan etibarən Bakı-Qəbələ-Bakı reyslərinin qrafikinə dəyişiklik ediləcək.

1news.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" (ADY) QSC məlumat yayıb.

Bildirilib ki, qatarlar Bakıdan Qəbələyə həftənin şənbə günü, Qəbələdən Bakıya isə bazar günü hərəkət edəcək.

Qeyd olunan tarixdən sonrakı səfər planlarınız üçün yeni qrafiki nəzərə almağınızı tövsiyə edirik.

Paylaş:
193

Son xəbərlər

Bütün xəbərlər