General-mayor Abbasəli Novruzov torpağa tapşırılıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

General-mayor Abbasəli Novruzov torpağa tapşırılıb - FOTO

First News Media10:59 - Bu gün
General-mayor Abbasəli Novruzov torpağa tapşırılıb - FOTO

Bu gün general-mayor Abbasəli Novruzov Hərbi Memorial Məzarlıqda dəfn edilib.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, mərasimdə müdafiə naziri general-polkovnik Zakir Həsənov, Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev, DSX-nin və Müdafiə Nazirliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri, mərhumun ailə üzvləri və yaxınları iştirak ediblər.

Mərasimdə tabutun büküldüyü üçrəngli Azərbaycan Bayrağı mərhumun yaxınlarına təqdim olunub.

Paylaş:
51

Son xəbərlər

Bütün xəbərlər