Kolleclərə qeydiyyat prosesinə başlanılır | 1news.az | Xəbərlər
Cəmiyyət

Kolleclərə qeydiyyat prosesinə başlanılır

First News Media11:12 - Bu gün
Kolleclərə qeydiyyat prosesinə başlanılır

Orta ixtisas təhsil müəssisələrinə təhsilalanların qeydiyyatı prosesinə başlanılır.

Bu barədə 1news.az-a ELm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qeydiyyat prosesi my.gov.az platforması üzərindən 19 avqust saat 15:00 - 31 avqust saat 18:00 tarixləri aralığında həyata keçiriləcək:

"Müraciət edəcək şəxslərdən aşağıdakı məlumatları nəzərə almaları xahiş olunur: Tələbə qəbulu üçün qeydiyyat yalnız my.gov.az platforması vasitəsilə aparılır. Şəkilsiz köhnə nəsil şəxsiyyət vəsiqəsi olan şəxslər my.gov.az-da qeydiyyatdan keçmək üçün şəxsiyyət vəsiqəsini yeniləməlidirlər. 15 yaşına çatmamış vətəndaşlar my.gov.az-da şəxsi kabinetlərini "SİMA rəqəmsal imza" ilə açmalıdırlar".

Paylaş:
58

Son xəbərlər

Bütün xəbərlər