Ağdərədə mikroavtobus dərəyə aşıb, 6 nəfər xəsarət alan | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağdərədə mikroavtobus dərəyə aşıb, 6 nəfər xəsarət alan

09:26 - Bu gün
Ağdərədə mikroavtobus dərəyə aşıb, 6 nəfər xəsarət alan

Ağdərədə fəhlələri daşıyan mikroavtobus dərəyə aşıb.

1news.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Suqovuşan kəndi ərazisində qeydə alınıb.

İlkin məlumatlara görə, qəza zamanı 6 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Mikroavtobusun şirkətlərdən birində çalışan işçiləri daşıdığı qeyd olunur.

Xəsarət alan 6 nəfərdən 3-ü Mingəçevirdəki özəl xəstəxanaya yerləşdiriliblər.

Qəza nəticəsində xəsarət alan digər 3 nəfər isə Bərdə Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
73

Son xəbərlər

Bütün xəbərlər