Bakıda boş yer qalan 5 məktəbə I sinif üzrə prioritetsiz qəbul aparılacaq - SİYAHI | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda boş yer qalan 5 məktəbə I sinif üzrə prioritetsiz qəbul aparılacaq - SİYAHI

13:21 - Bu gün
Bakıda boş yer qalan 5 məktəbə I sinif üzrə prioritetsiz qəbul aparılacaq - SİYAHI

29 iyul 2026-cı il saat 11:00-dan etibarən tədrisi digər dildə aparılan bölmə üzrə uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 5 məktəbdə boş qalan yerlərə sərbəst (prioritetsiz) qəbul aparılacaq.

Bu barədə 1news.az-a BŞTİ-dən məlumat verilib.

Bildirilib ki, qeyd edilən tarixdən sonra məktəb və müəllim seçimində üstünlük hüququ nəzərə alınmayacaq.

Müvafiq ümumi təhsil müəssisələrinin siyahısına Bakı şəhəri Tahir Həsənov adına 23 nömrəli tam orta ümumtəhsil məktəbi, Bakı şəhəri Tofiq İsmayılov adına 6 nömrəli məktəb-lisey, Bakı şəhəri “Zəngi” liseyi. Bakı Slavyan Universitetinin nəzdində məktəb-lisey kompleksi, Bakı şəhəri 132-134 nömrəli Təhsil Kompleksi daxildir.

Paylaş:
62

Son xəbərlər

Bütün xəbərlər