İstanbula yeni baş konsul təyin olunan Zamin Əliyev kimdir? - DOSYE | 1news.az | Xəbərlər
Cəmiyyət

İstanbula yeni baş konsul təyin olunan Zamin Əliyev kimdir? - DOSYE

Qafar Ağayev14:39 - Bu gün
İstanbula yeni baş konsul təyin olunan Zamin Əliyev kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Zamin Məmməd oğlu Əliyev Azərbaycan Respublikasının Türkiyə Respublikasının İstanbul şəhərindəki baş konsulu təyin edilib.

1news.az yeni baş konsulun dosyesini təqdim edir.

Zamin Məmməd oğlu Əliyev 8 oktyabr 1979-cu ildə Ağdam rayonunda anadan olub.

2000-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində bakalavr, 2002-ci ildə isə həmin ixtisas üzrə magistr təhsilini başa vurub.

Əmək fəaliyyətinə 2001-ci ildə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində başlayıb. 2001-2005-ci illərdə nazirliyin Birinci Qərb Ərazi İdarəsində referent və attaşe vəzifələrində çalışıb.

2005-2008-ci illərdə Azərbaycanın Macarıstandakı səfirliyində attaşe və üçüncü katib olub.

2008-2011-ci illərdə Xarici İşlər Nazirliyinin Beynəlxalq hüquq və müqavilələr idarəsində üçüncü katib və ikinci katib vəzifələrində işləyib.

2011-2017-ci illərdə Türk Dövlətləri Təşkilatında layihə direktoru vəzifəsini icra edib.

2017-2020-ci illərdə Xarici İşlər Nazirliyinin Beynəlxalq hüquq və müqavilələr idarəsində birinci katib və şöbə müdiri olub.

2020-2021-ci illərdə Xarici İşlər Nazirliyinin İkinci Avropa idarəsinin rəis müavini, 2021-2024-cü illərdə isə Şərqi Avropa, Cənubi Qafqaz, Qərbi və Mərkəzi Asiya idarəsinin rəis müavini vəzifəsində çalışıb.

Prezident İlham Əliyevin 18 noyabr 2024-cü il tarixli sərəncamı ilə Azərbaycanın Türkiyənin Qars şəhərində baş konsulu təyin edilib.

Prezident İlham Əliyevin növbəti sərəncamı ilə isə Zamin Əliyev Azərbaycanın Türkiyənin İstanbul şəhərindəki baş konsulu vəzifəsinə təyin olunub.

Zamin Əliyev türk, ingilis və rus dillərini bilir.

Evlidir, üç övladı var.

Paylaş:
112

Son xəbərlər

Bütün xəbərlər