40 dərəcə isti olacaq - PROQNOZ | 1news.az | Xəbərlər
Cəmiyyət

40 dərəcə isti olacaq - PROQNOZ

1news Redaksiyası12:21 - 28 / 07 / 2026
40 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında iyulun 29-da hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən 1news.az-a verilən məlumata görə, şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 23-25° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət gecə 70-80 %, gündüz 40-50 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 22-27° isti, gündüz 35-39°, bəzi yerlərdə 40° isti, dağlarda gecə 15-20° isti, gündüz 25-30° isti olacaq.

Paylaş:
295

Son xəbərlər

Bütün xəbərlər