Bu ərazilərdə qaz olmayacaq - XƏBƏRDARLIQ | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu ərazilərdə qaz olmayacaq - XƏBƏRDARLIQ

First News Media11:52 - Bu gün
Bu ərazilərdə qaz olmayacaq - XƏBƏRDARLIQ

Sabah Yevlax və Bərdə rayonlarının bəzi kəndlərinin təbii qazın verilməsində məhdudiyyətlər yaranacaq.
 
1news.az bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Tərtər Regional Qaz İstismar İdarəsinə istinadən xəbər verir.

Məlumata görə, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar iyulun 9-da saat 09:00-dan işlər yekunlaşanadək Yevlax rayonunun Malbinəsi, Qoyunbinəsi, Qaraməmmədli, Qaramanlı, Hacımahmudlu, Nurallar, Dəlləklər, Nəmərli, Köyük, Rüstəmli, Kövər, Kolanı kəndlərinin və həmçinin Bərdə rayonunun Samux kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Paylaş:
50

Son xəbərlər

Bütün xəbərlər