FHN-dən uğurlu əməliyyat: Çayda köməksiz qalan şəxs xilas olundu - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

FHN-dən uğurlu əməliyyat: Çayda köməksiz qalan şəxs xilas olundu - VİDEO

First News Media17:19 - Bu gün
FHN-dən uğurlu əməliyyat: Çayda köməksiz qalan şəxs xilas olundu - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Balakən rayonu, Katex kəndində bir nəfərin sel gəlməsi səbəbindən çayda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən 1news.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Balakən Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunub.

Yanğınsöndürən-xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində çayda köməksiz vəziyyətdə qalan vətəndaş – 1985-ci il təvəllüdlü Ramiz Şaban oğlu Asxabov xilas edilib.

Paylaş:
60

Son xəbərlər

Bütün xəbərlər