Sabirabadda narkotik bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabirabadda narkotik bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb

First News Media10:15 - Bu gün
Sabirabadda narkotik bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində narkotik xassəli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən 28 yaşlı Ramal Pənciyev saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, şəxsə məxsus əkin sahəsinə baxış keçirilən zaman aqrotexniki qaydada qulluq göstərilərək yetişdirilən 181 ədəd çətənə kolu aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Ramal Pənciyev barəsində həbs qətimkan tədbiri seçilib.

Paylaş:
46

Son xəbərlər

Bütün xəbərlər