DİN: Son sutkada 41 cinayətin üstü açılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

DİN: Son sutkada 41 cinayətin üstü açılıb

First News Media10:44 - Bu gün
DİN: Son sutkada 41 cinayətin üstü açılıb

İyulun 8-də ölkə ərazisində qeydə alınan 41, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 46, o cümlədən borclu şəxs qismində axtarışda olan 33 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.      

Narkotiklərlə əlaqəli 17, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 11 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb.

Paylaş:
56

Son xəbərlər

Bütün xəbərlər