Bu ilin ilk 6 ayında bağlı qalmış 218 cinayət işi açılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu ilin ilk 6 ayında bağlı qalmış 218 cinayət işi açılıb

First News Media14:40 - Bu gün
Bu ilin ilk 6 ayında bağlı qalmış 218 cinayət işi açılıb

Bu ilin ilk 6 ayı ərzində keçmiş illərdən bağlı qalmış 218 cinayət işi açılıb.

1news.az "Report"a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin 6 ayın yekunlarına həsr olunan kollegiya iclasında bildirilib.

Qeyd edilib ki, cinayətlərin açılması 1,1 %, qeyri-aşkar şəraitdə törədilənlərin açılması 2,5 %, mülkiyyət əleyhinə olanların açılması 4,4 %, onlardan oğurluqların açılması 10,7 %, dələduzluqların açılması 1,2 % yaxşılaşıb, adam oğurluğu və avtonəqliyyat vasitəsinin qaçırılması cinayətlərinin açılması tam təmin edilib.

Eyni zamanda diqqətə çatdırılıb ki, həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat tədbirləri ilə cinayətlərin 93,9 %-i, o cümlədən prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 218 və görülmüş operativ cavab tədbirləri ilə 3 013 cinayət açılıb, eləcə də 4 474 hüquqazidd əməlin qarşısı alınıb.

Müxtəlif cinayətlər törətmiş 6 887 şəxs məhkəmə məsuliyyətinə verilib. İstintaqdan və təhqiqat orqanlarından yayınan 4 282, o cümlədən ağır və xüsusilə ağır cinayətlərə görə 645 təqsirləndirilən şəxs tutulub.

Axtarış işinin nəticələri 3 % yaxşılaşaraq 82,7 %-ə yüksəlib.

Paylaş:
57

Son xəbərlər

Bütün xəbərlər