Bakıda iki motosiklet toqquşdu: 22 yaşlı sürücü həlak oldu | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda iki motosiklet toqquşdu: 22 yaşlı sürücü həlak oldu

1news Redaksiyası11:24 - 11 / 07 / 2026
Bakıda iki motosiklet toqquşdu: 22 yaşlı sürücü həlak oldu

Bakının Xətai rayonunda iki motosikletin toqquşması nəticəsində bir nəfər həyatını itirib.

1news.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Bildirilib ki, hadisə iyulun 10-da saat 16:00 radələrində rayon ərazisində baş verib. Belə ki, 22 yaşlı Amin Cəfərovun idarə etdiyi motosiklet onunla eyni istiqamətdə hərəkətdə olan, 21 yaşlı Elşən Hüseynovun idarə etdiyi digər motosikletlə toqquşub.

Məlumata görə, yüksək sürət və kobud yol hərəkəti qaydalarının pozulması ilə müşahidə olunan qəza nəticəsində Amin Cəfərov hadisə yerində həyatını itirib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Baş Dövlət Yol Polisi İdarəsi motosiklet, moped və digər ikitəkərli nəqliyyat vasitələrinin sürücülərinə müraciət edərək yol hərəkəti qaydalarına ciddi əməl etməyə, təhlükəsizlik tələblərini pozmamağa və özlərinin, eləcə də digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atmamağa çağırıb.

Paylaş:
327

Son xəbərlər

Lənkəranda zəlzələ olub

29 / 09 / 2026, 16:07
Bütün xəbərlər