İlham Əliyev: Qonşularla əlaqə olmadan tranzit ölkə olmaq mümkün deyil
Qonşularla əlaqə olmadan tranzit ölkə olmaq mümkün deyil.
1news.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Şuşada "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində deyib.
Dövlət başçısı bildirib ki, Azərbaycan, bu mənada, qonşularla əlaqələrini qurub:
"Eyni zamanda, geniş şəkildə Avrasiyada beynəlxalq əməkdaşlıq qurmağı bacarmışıq. Bunu biz Şərq, Qərb və Şimal və Cənub hissələrində qurduq və prosesə rəhbərlik etdik. Enerji layihələrimizi də bu dövrdə həyata keçirdik, bir sözlə, Azərbaycan çoxtərəfli beynəlxalq əməkdaşlıq qurub".
58












