Hər 10 uşaqdan biri valideyni ilə yanaşı, süni intellektlə də məsləhətləşir | 1news.az | Xəbərlər
Siyasət

Hər 10 uşaqdan biri valideyni ilə yanaşı, süni intellektlə də məsləhətləşir

Ayşən Salehli16:42 - Bu gün
Hər 10 uşaqdan biri valideyni ilə yanaşı, süni intellektlə də məsləhətləşir

“ Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) keçən il 10 ölkədə sorğu keçirib”.


1news.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Rizvan Nəbiyev Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyanın “Rəqəmsal inkişaf, süni intellekt və uşaqların sosial şəbəkə platformalarındakı zərərli təsirlərdən qorunması” mövzusunda keçirdiyi ictimai dinləmə zamanı söyləyib.

"Nəticə ondan ibarətdir ki, bu gün hər 10 uşaqdan biri valideynləri ilə yanaşı, süni intellektlə də məsləhətləşir". 
Deputat qeyd edib ki, uşaqlar öz dərdini, onu narahat edən məsələləri valideynləri ilə yanaşı, süni intellektlə məsləhətləşməklə öz həyatını müəyyənləşdirir. Bunun da sadə bir səbəbi odur ki, uşaqlar valideynlərdən üç dəfə artıq sürətlə, intellekt və internet bacarıqlarına yiyələnirlər Bu gün dünyada təxminən 5 milyarddan artıq insan, o cümlədən, uşaqlar sosial şəbəkə istifadəçisidir. Biz özümüz də bəzən evdə özümüz telefona baxa-baxa övladımıza deyirik ki, telefondan istifadəni dayandır. O isə başqa bir otağa gedir. Yarım saat sonra isə ona sosial şəbəkə vasitəsilə yazırıq ki, dayandırdın? Cavab da gəlir ki, bəli, dayandırmışam. Siz görürsünüz ki, yəni bu gün rəqəmsallaşma, süni intellektdən istifadə o qədər sürətlə gedir ki, onunla bu və ya digər formada mübarizənin resept variantı yoxdur".

Paylaş:
55

Son xəbərlər

Bütün xəbərlər