Ceyhun Bayramovdan xaricə səfər edən Azərbaycan vətəndaşlarına ÇAĞIRIŞ | 1news.az | Xəbərlər
Siyasət

Ceyhun Bayramovdan xaricə səfər edən Azərbaycan vətəndaşlarına ÇAĞIRIŞ

Qafar Ağayev14:03 - Bu gün
Ceyhun Bayramovdan xaricə səfər edən Azərbaycan vətəndaşlarına ÇAĞIRIŞ

"Vətəndaşlarımız xaricə səfər edərkən risk faktorlarını mütləq nəzərə almalıdır".

1news.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov mətbuat konfransında deyib.

Nazirin sözlərinə görə, son illərdə Azərbaycanın yerləşdiyi regiona yaxın coğrafiyada çoxsaylı hərbi münaqişələr və təhlükəsizlik riskləri müşahidə olunur.

"Qonşu ölkələrdə və daha geniş coğrafiyada çoxsaylı hərbi münaqişələrin, silahlı toqquşmaların və müharibələrin baş verdiyinin şahidiyik. Bu cür hadisələr həmin ölkələrin vətəndaşlarının və orada yaşayan insanların həyatı üçün ciddi təhlükələr yaradır. Xarici İşlər Nazirliyi və diplomatik nümayəndəliklərimiz bu prosesləri daim izləyir. Belə risklərin mövcud olduğu istiqamətlər üzrə vətəndaşlarımızı operativ şəkildə məlumatlandırırıq. Bu fürsətdən istifadə edərək bir daha çağırış edirəm ki, vətəndaşlarımız xaricə səfər planlaşdırarkən təhlükəsizlik risklərini nəzərə alsın və mümkün qədər təhlükəli bölgələrdən uzaq dursunlar. Həmin ərazilərdə olduqları halda isə ilk növbədə yerləşdikləri ölkənin rəsmi orqanlarının xəbərdarlıq və tövsiyələrinə əməl etsinlər".

Paylaş:
57

Son xəbərlər

Bütün xəbərlər