Venesuelada zəlzələlərdə ölənlərin sayı 4 min 490-a çatdı
Venesuelada iyunun 24-də baş verən 7,2 və 7,5 bal gücündə zəlzələlər nəticəsində ölənlərin sayı 4 min 490-a yüksəlib.
1news.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Milli Assambleyanın sədri Xorxe Rodriges məlumat verib.
Onun sözlərinə görə, zəlzələlərdə 16 min 740 nəfər yaralanıb, 120 min 794 ailəyə humanitar yardım göstərilib. Ən çox zərər görən La Quayra, Karakas və Miranda bölgələrində 108 müvəqqəti çadır şəhərciyi qurulub.
Hökumət mənzil ehtiyacını müəyyənləşdirmək üçün biometrik siyahıyaalma aparır. İlkin hesablamalara görə, ölkədə təxminən 25 min yeni yaşayış evinin tikilməsinə ehtiyac var.
Axtarış-xilasetmə işləri davam edir və ölənlərin sayının artacağı istisna olunmur.
112












