Valideynlərin diqqətinə: Məktəbəhazırlıq qruplarına qeydiyyatla bağlı yenilik | 1news.az | Xəbərlər
Cəmiyyət

Valideynlərin diqqətinə: Məktəbəhazırlıq qruplarına qeydiyyatla bağlı yenilik

1news Redaksiyası13:47 - 13 / 07 / 2026
Valideynlərin diqqətinə: Məktəbəhazırlıq qruplarına qeydiyyatla bağlı yenilik

2026-2027-ci tədris ili üzrə uşaqların məktəbəhazırlıq qruplarına qəbul prosesinin növbəti həftə ərzində aktivləşdirilməsi nəzərdə tutulur.

1news.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.

Məlumata görə, qeydiyyatla bağlı dəqiq tarixlər, həmçinin digər məlumatlar yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq.

Valideynlərdən qəbul prosesi ilə bağlı yenilikləri Agentliyin rəsmi internet resursları vasitəsi ilə izləmələri tövsiyə olunur.

Paylaş:
256

Son xəbərlər

Lənkəranda zəlzələ olub

29 / 09 / 2026, 16:07
Bütün xəbərlər