Azərbaycan vətəndaşlarının turagentlər vasitəsilə ən çox getdiyi ölkələr bəlli olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan vətəndaşlarının turagentlər vasitəsilə ən çox getdiyi ölkələr bəlli olub

Qafar Ağayev16:31 - Bu gün
Azərbaycan vətəndaşlarının turagentlər vasitəsilə ən çox getdiyi ölkələr bəlli olub

2025-ci ildə turagent və turoperatorların vasitəçiliyi ilə xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı 75 min 746 nəfər təşkil edib.

1news.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, turagent və turoperatorların vasitəçiliyi ilə xaricə səfər edənlərin ən çox üz tutduğu ölkə Türkiyə olub. Belə ki, ötən il bu ölkəyə 56 min 911 nəfər səfər edib.

Siyahıda ikinci yerdə 5 min 991 nəfərlə Misir, üçüncü yerdə isə 1 144 nəfərlə Birləşmiş Ərəb Əmirlikləri qərarlaşıb.

Bundan əlavə, 11 min 700 Azərbaycan vətəndaşı digər xarici ölkələrə səyahət edib.

Paylaş:
142

Son xəbərlər

Bütün xəbərlər