Qubada 11 yaşlı oğlan çayda boğularaq öldü
Qubada 11 yaşlı uşaq kanalda boğulub.
1news.az xəbər verir ki, hadisə rayonun Qəçrəş kəndi ərazisində qeydə alınıb.
Məlumata əsasən, 11 yaşlı X.Məmmədov ardaşı ilə birlikdə Qudyalçaya çimməyə gedib. Bildirilib ki, bir müddət sonra sahildə arılar uşaqlara hücum edib.
Bu zaman X.Məmmədov su kanalına düşüb və orada boğulub
Məlumata görə, 11 yaşlı uşağın meyiti hadisə yerindən təxminən 5 kilometr aşağıda, "Asma körpü” adlanan ərazidə aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
76












