Azərbaycanda pensiya xərcləri 10 % artıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda pensiya xərcləri 10 % artıb

First News Media13:17 - Bu gün
Azərbaycanda pensiya xərcləri 10 % artıb

Bu ilin I yarısında Azərbaycanda pensiya ödənişlərinə yönəldilən vəsait ötən ilin eyni dövrünə nisbətən 10 % (368 milyon manat) çox olmaqla 3 milyard 916 milyon manat təşkil edib.

Bu barədə 1news.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir.

Xatırladaq ki, bu ilin əvvəlindən pensiyalar 9,3 % indeksləşdirilərək artırılıb. İyulun 1-nə pensiyaların orta aylıq məbləği illik müqayisədə 10 % artaraq 594 manata, o cümlədən yaşa görə orta aylıq pensiyanın məbləği 632 manata çatıb.

Yanvar-iyun aylarında 23 000, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən isə 201 000 pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Paylaş:
62

Son xəbərlər

Bütün xəbərlər