Sahibə Qafarova Qətərdə səfərdədir | 1news.az | Xəbərlər
Cəmiyyət

Sahibə Qafarova Qətərdə səfərdədir

First News Media17:13 - Bu gün
Sahibə Qafarova Qətərdə səfərdədir

Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti iyulun 14-də Qətər Dövlətinin sabiq Əmiri, Ata Əmir Əlahəzrət Şeyx Həməd bin Xəlifə Al Taninin vəfatı ilə əlaqədar Qətər Dövlətinin Əmiri Əlahəzrət Şeyx Təmim bin Həməd Al Taniyə Azərbaycan Hökuməti adından başsağlığı vermək məqsədilə bu ölkənin Doha şəhərinə səfərdədir.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən 1news.az-a verilən məlumata görə, Dohanın beynəlxalq hava limanında nümayəndə heyətini Azərbaycanın Qətərdəki səfiri Adış Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.

Paylaş:
78

Son xəbərlər

Bütün xəbərlər