Ağdərə rayonundakı qəzada beşaylıq körpə xəsarət alıb: Cinayət işi başlanıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağdərə rayonundakı qəzada beşaylıq körpə xəsarət alıb: Cinayət işi başlanıldı

First News Media12:35 - Bu gün
Ağdərə rayonundakı qəzada beşaylıq körpə xəsarət alıb: Cinayət işi başlanıldı

Ağdərə rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı beşaylıq körpə də xəsarət alıb.


1news.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə ötən gün Ağdərə rayonu Zəylik kəndi ərazisində baş verib.

Nazim Yunis oğlu Əsgərovun idarə etdiyi "Toyota Hillux" markalı avtomobilin dərəyə aşması nəticəsində sürücü və avtomobildə olan arvadı Könül Əsgərova hadisə yerində ölüb, qızı Mələk İsmayılova və beşaylıq nəvəsi Uğur İsmayılzadə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı cinayət işi başlanılaraq ibtidai istintaq aparılır.

Paylaş:
74

Son xəbərlər

Bütün xəbərlər