Samuxda kütləvi zəhərlənmə faktı qeydə alınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Samuxda kütləvi zəhərlənmə faktı qeydə alınıb

1news Redaksiyası17:41 - 15 / 07 / 2026
Samuxda kütləvi zəhərlənmə faktı qeydə alınıb

Samux rayonunda kütləvi zəhərlənmə faktı qeydə alınıb.

1news.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində baş verib.

10-dan çox şəxsin qidadan zəhərlənmə diaqnozu ilə Gəncə şəhərində Abbas Səhhət adına xəstəxanaya yerləşdirildiyi bildirilir.

İlkin məlumata görə, kənd sakinlərindən biri halva bişirib və qonşulara paylayıb. Halvanı yeyən ev sakinləri və qonşular özlərini pis hiss etdiklərindən xəstəxanaya müraciət ediblər.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
355

Son xəbərlər

Lənkəranda zəlzələ olub

29 / 09 / 2026, 16:07
Bütün xəbərlər