İsrail parlamenti buraxıldı
İsrail parlamenti oktyabrın 27-nə təyin edilmiş seçkilər öncəsi özünün rəsmi buraxılması barədə qanun layihəsini qəbul edib.
1news.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə “Ynet” portalı məlumat yayıb.
Nəşrin məlumatına görə, Knessetin 120 üzvündən 62-si qanun layihəsinin lehinə səs verib. Qanun layihəsinin əleyhinə səs verən və ya bitərəf qalan olmayıb.
Bununla da, iyulun 17-dən tətilə çıxan parlament seçkilərin nəticələrinə əsasən, yeni tərkib formalaşdırıldıqdan sonra fəaliyyətini bərpa edəcək.
Bildirilib ki, parlamentin hazırkı, 25-ci çağırışı 1988-ci ildən sonra 4 illik səlahiyyət müddətini tam başa vuran ilk çağırış olub. Bundan əvvəlki digər çağırışlar vaxtından əvvəl buraxılıb.
57












