Filippində musson yağışları xeyli sayda adamın həyatına son qoydu
Filippində Luis və Maymay tropik siklonları, eləcə də cənub-qərb mussonunun səbəb olduğu güclü yağışlar nəticəsində 19 nəfər həyatını itirib.
1news.az xarici mediaya istinadən xəbər verir ki, Filippin hökumətinin məlumatına görə, təbii fəlakət nəticəsində 15 nəfər yaralanıb, 4 nəfərdən isə xəbər yoxdur.
Güclü yağışlar ölkənin 11 bölgəsində təxminən 2,27 milyon insana təsir edib. Təbii fəlakətdən zərər çəkənlər üçün 900-dən çox təxliyə mərkəzi yaradılıb. Hazırda həmin mərkəzlərdə təxminən 95 min nəfər yerləşdirilib.
67












