Laçında narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Laçında narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb

First News Media13:50 - Bu gün
Laçında narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb

Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən 51 yaşlı Əlövsət Gülməmmədov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə Regional Qrupundan 1news.az-a verilən məlumata görə, keçirilən baxış zamanı onun Ağcabədi rayonu Taxtakörpü qəsəbəsində yerləşən evinin həyətyanı sahəsindən 77 ədəd çətənə bitkisi aşkarlanaraq götürülüb. Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Ə.Gülməmmədov barəsində həbs qətimkan tədbiri seçilib.

Paylaş:
103

Son xəbərlər

Bütün xəbərlər