Hikmət Hacıyevdən Tural Sadıqlıya: Həyatda ən çətin şey Vətənə, dövlətə xəyanət etməkdir - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Hikmət Hacıyevdən Tural Sadıqlıya: Həyatda ən çətin şey Vətənə, dövlətə xəyanət etməkdir - VİDEO

Qafar Ağayev17:11 - Bu gün
Hikmət Hacıyevdən Tural Sadıqlıya: Həyatda ən çətin şey Vətənə, dövlətə xəyanət etməkdir - VİDEO

“Verilişlərinizə çox vaxt ayırmıram, səmimi deyim”.

1news.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyada “Azad söz” kanalının rəhbəri bloqer Tural Sadıqlıya deyib. 

“Sizə elə gəlir ki, Azərbaycanda hamı oturub sizin verilişlərinizə baxır, elə deyil. Mən Azərbaycan mediasına baxıram, Azərbaycanda professional media  var”.

Hikmət Hacıyev deyib ki, həyatda ən çətin şey Vətənə, dövlətə xəyanət etməkdir:

“O statusda yaşayan insanlara mənim yazığım gəlir, Allahın yazığı gəlsin.Mənim haqqımda nə deyirsiniz, 5 qat artığını deyin. Heç eynimə deyil. Həyatda sizin başınıza gələn hadisələrə görə Azərbaycanı günahlandırmağınız doğru deyil. Səhvləri özünüzdə axtarmalısınız”. - deyə Prezidentin köməkçisi T.Sadıqlıya bildirib. 

  

Paylaş:
117

Son xəbərlər

Bütün xəbərlər