Bərdədə kanalda batan şəxsin meyiti tapıldı - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Bərdədə kanalda batan şəxsin meyiti tapıldı - YENİLƏNİB

First News Media17:51 - Bu gün
Bərdədə kanalda batan şəxsin meyiti tapıldı - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi Bərdədə kanalda batan şəxsin meyitinin tapılması barədə məlumat yayıb.

FHN-İN Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, 17 iyul tarixində Qarabağ kanalının Bərdə rayonundan keçən hissəsində batan 1967-ci il təvəllüdlü Bünnətov Rəsul İbiş oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən batdığı yerdən təxminən 40 km aralı, Qarabağ kanalının Ağcabədi rayonunun Təzəkənd kəndi ərazisindən keçən hissəsində suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

 

 

15:41

Bərdə rayonu ərazisindən keçən Yuxarı Qarabağ kanalında bir neçə gün əvvəl batan şəxsin meyiti tapılıb.

1news.az xəbər verir ki, 1967-ci il təvəllüdlü Rəsul Binnatovun meyiti Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin dalğıc-axtarış-xilasetmə qrupu tərəfindən sudan çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
217

Son xəbərlər

Bütün xəbərlər