Nazir yubileyi münasibətilə Flora Kərimovanı ziyarət edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazir yubileyi münasibətilə Flora Kərimovanı ziyarət edib

1news Redaksiyası10:21 - 24 / 07 / 2026
Nazir yubileyi münasibətilə Flora Kərimovanı ziyarət edib

Mədəniyyət naziri Adil Kərimli görkəmli müğənni, Xalq artisti Flora Kərimovanı 85 illiyi münasibətilə evində ziyarət edib.

Bu barədə 1news.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazir Xalq artistini yubileyi münasibətilə təbrik edib, xoş arzularını çatdırıb.

Qeyd olunub ki, Prezident İlham Əliyev tərəfindən mədəniyyətə və incəsənət xadimlərinə daim diqqət və qayğı göstərildiyini deyən A. Kərimli Flora Kərimovanın sənətinin də yüksək qiymətləndirildiyini bildirib.

F. Kərimova müalicəsinə göstərdiyi diqqət və dəstəyə görə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevaya minnətdarlığını bildirib.

Paylaş:
266

Son xəbərlər

Lənkəranda zəlzələ olub

29 / 09 / 2026, 16:07
Bütün xəbərlər