Məşhur repçi Reynmenə evində hücum edildi - FOTO | 1news.az | Xəbərlər
Dünya

Məşhur repçi Reynmenə evində hücum edildi - FOTO

First News Media17:31 - Bu gün
Məşhur repçi Reynmenə evində hücum edildi - FOTO

Türkiyənin məşhur rep ifaçısı Reynmen (Yusuf Aktaş) evində saxladığı "Puma" adlı pişiyin hücumuna məruz qaldığını açıqlayıb.

1news.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi pişiyini tumarlamaq istəyərkən gözlənilmədən onun hücumuna məruz qalıb.

Hadisə nəticəsində bədəninin müxtəlif nahiyələrindən xəsarət alan Reynmen yaşadığı hadisədən sonra qan ləkələri olan köynəyinin fotosunu sosial şəbəkə hesabının hekayə bölməsində paylaşaraq yaşadığı təəccübü izləyiciləri ilə bölüşüb.

Məşhur ifaçı daha sonra xəstəxanada müayinədən keçdiyini və mümkün infeksiya riskinə qarşı profilaktik məqsədlə peyvənd olunduğunu bildirib.

Reynmenin səhhətinin yaxşı olduğu qeyd olunub.

Məşhur sənətçinin paylaşımı qısa müddətdə sosial şəbəkələrdə geniş yayılıb və maqazin gündəminin ən çox müzakirə olunan mövzularından birinə çevrilib.

Paylaş:
91

Son xəbərlər

Bütün xəbərlər