Sumqayıtda 1 700 abonentin qazı kəsiləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Sumqayıtda 1 700 abonentin qazı kəsiləcək

1news Redaksiyası10:40 - 24 / 07 / 2026
Sumqayıtda 1 700 abonentin qazı kəsiləcək

Sumqayıtda 1700 abonentin qazı kəsiləcək.

1news.az xəbər verir ki, Azəriqaz İB Sumqayıt QİS-dən bildirilib ki, Stansiya Sumqayıt qəsəbəsində qaz xəttində aparılacaq təmir işləri ilə əlaqədar abonentlərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Belə ki, diametri 76 millimetr olan qaz xəttində aşkar edilmiş sızmaların aradan qaldırılması məqsədilə təmir işləri aparılacaq.

Bununla əlaqədar, bu gün saat 11:30-dan etibarən 1 700 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Qaz təchizatının təmir işləri başa çatdıqdan sonra mərhələli şəkildə bərpa ediləcəyi bildirilir.

Paylaş:
291

Son xəbərlər

Lənkəranda zəlzələ olub

29 / 09 / 2026, 16:07
Bütün xəbərlər